
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının bir neçə rayonunda HƏMAS-ın üç silah anbarına hücum edib.
Primeinfo.az-ın “Ynet”ə istinadən məlumatına görə, bu barədə ordunun rəsmi nümayəndəsi bildirib.
Qeyd olunub ki, həmin anbarlarda partlayıcı maddələr, uzaqmənzilli silahlar, snayper tüfəngləri və əlavə hərbi təchizat saxlanılıb.
“Anbarlardan birində terror təşkilatının döyüş əməliyyatları aparmaq üçün istifadə etdiyi 10-a yaxın yolsuzluq avtomobili məhv edilib”, – məlumatda vurğulanıb.