Xəbər axtarın

Son axtarış nəticələri:

İLK DƏFƏ YAYIMLANDI: Xamneyinin iqamətgahı BELƏ VURULUB - VİDEO

31.05.2026 16:15

İLK DƏFƏ YAYIMLANDI: Xamneyinin iqamətgahı BELƏ VURULUB - VİDEO

İranda internet məhdudiyyətlərinin aradan qaldırılmasından sonra sosial mediada müharibənin ilk günlərinə aid olduğu iddia edilən yeni görüntülər yayılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

Kadrlarda İslam Respublikasının mərhum ali rəhbəri Əli Xamneyi iqamətgahının yerləşdiyi əraziyə raket zərbəsi endirildiyi bildirilir.

Paylaşımlarda görüntülərin müharibənin başlanğıc mərhələsində çəkildiyi və zərbə zamanı “Tomahawk” tipli raketlərdən istifadə edildiyi irəli sürülür.

Qeyd edək ki, Əli Xamneyi və bir qrup yüksək rütbəli hərbi komandan fevralın 28-də İsrail və ABŞ qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində həlak olub.

Paylaş: