
2026-cı ildə planetin ən yaxşı futbolçusuna verilən illik “Qızıl top” mükafatının təntənəli təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
Primeinfo.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
70-ci “Qızıl top” təqdimetmə mərasimi bu nüfuzlu mükafatın ilk sahibi, 1956-cı ildə laureat olmuş ingiltərəli futbolçu Stenli Metyuzun şərəfinə ilk dəfə olaraq Britaniya paytaxtında təşkil olunacaq.
Xatırladaq ki, 2025-ci ildə “Qızıl top” mükafatını PSJ komandasının və Fransa millisinin hücumçusu Usman Dembele qazanıb.