Xəbər axtarın

Son axtarış nəticələri:

Ukrayna Rusiya yanacaq obyektlərinə yeni zərbələr endirib

31.05.2026 10:00

Ukrayna Rusiya yanacaq obyektlərinə yeni zərbələr endirib

Ötən gecə Ukrayna Rusiya yanacaq obyektlərinə dron zərbələri endirib.

Primeinfo.az xəbər verir ki, Rostov vilayətinin qubernatoru Yuri Slyusar zərbə nəticisəndə özəl müəssisənin yanacaq anbarında yanğın başladığını açıqlayıb: “Bu gecə Matveyevo-Kurqan rayonunda düşmənin hava hücumu nəticəsində özəl müəssisənin yanacaq anbarında düşən PUA qalıqları səbəbindən yanğın baş verib. Yaxınlıqdakı fərdi evlərin sakinləri təhlükəsizlik məqsədilə təxliyə edilib”.

Qubernator qeyd edib ki, hadisə yerinə yanğınsöndürən maşın gəlib və itki barədə məlumat yoxdur.

Ukrayna mənbələri Saratov Neft Emalı Zavodunun hədəf olduğunu yazır. Bildirilir ki, zavodda şiddətli yanğın başlayıb.

Qeyd edək ki, Saratov NEZ Rusiyanın ən qədim neft emalı zavodlarından biridir. Onun illik gücü təxminən 5,8 milyon ton neft və ya Rusiyanın ümumi neftinin təxminən 2,2 faizini təşkil edir. Əsas məhsulları dizel yanacağı, benzin, mühərrik yağı və reaktiv yanacaqdır. Neft emalı zavodu strateji əhəmiyyətə malikdir: coğrafi mövqeyi ona Rusiyanın cənub və mərkəzi bölgələrini yanacaqla təmin etməyə, eləcə də zirehli texnika və logistika nəqliyyatı da daxil olmaqla Rusiya ordusunun ehtiyaclarını birbaşa təmin etməyə imkan verir. Şirkət həmçinin aviabazaların, xüsusən də Engelsdəki strateji aviabazanın təchizatında iştirak edir.

Neft emalı zavodunun əsas komponenti ELOU-AVT-6 xam neft distillə qurğusudur. Ona dəyən ziyan zavodun bütün istehsal dövrünü faktiki olaraq dayandırır.

Saratov Neft Emalı Zavodu uzun müddətdir ki, hücuma məruz qalır. Mart ayında zavod daha bir dron hücumundan sonra bir neçə gün yanıb, fevral ayında isə Engels və Saratovda eyni vaxtda partlayışlar və yanğınlar baş verib.

Paylaş: