
Martın 2-dən İsrail Müdafiə Ordusunun Livana endirdiyi zərbələr nəticəsində 2988 nəfər həlak olub.
Primeinfo.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin “X” sosial şəbəkə hesabında yayılan bəyanatında deyilir.
“Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri öldürülən vətəndaşların ümumi sayı 2 988-ə, yaralıların sayı isə 9 210-a çatıb”, – qurumun bəyanatında bildirilir.
Qeyd olunur ki, son sutka ərzində Livanda İsrail Hərbi Hava Qüvvələrinin ölkənin cənub və cənub-şərq bölgələrinə endirdiyi zərbələr zamanı azı 37 nəfər həlak olub, daha 222 nəfər isə yaralanıb.