Xəbər axtarın

Son axtarış nəticələri:

"İranla razılaşma yaxşı olmazsa, hərbi əməliyyatlar yenidən başlaya bilər" - Trampdan XƏBƏRDARLIQ

29.05.2026 11:45

"İranla razılaşma yaxşı olmazsa, hərbi əməliyyatlar yenidən başlaya bilər" - Trampdan XƏBƏRDARLIQ

ABŞ Prezidenti Donald Tramp iranlıları yaxşı danışıq aparanlar adlandırıb.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ağ Ev lideri “Fox News”a verdiyi müsahibədə deyib.

“Mən danışıqlarda iştirak edirəm, onlar danışıqlarda iştirak edirlər. Onlar çox yaxşı danışıq aparanlardır, çox bacarıqlıdırlar. ABŞ bütün kartları əlində saxlayır və Vaşinqton İran ilə müharibədə hərbi qələbə qazanıb”, – deyə o əlavə edib.

Amerika lideri əlavə edib ki, əgər Tehranla potensial razılaşma ölkəsi üçün yaxşı olmazsa, Amerika ordusu İrana qarşı hərbi əməliyyatlara yenidən başlaya bilər.

 

Paylaş: