
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Müstəqillik Günündə bir neçə sənətçinin çıxışını “Amerika Qayıdır” mitinqi ilə əvəz etməyi düşündüyünü açıqlayıb.
Primeinfo.az xəbər verir ki, buna sənətçilərin əksəriyyətinin tədbirdə iştirakdan imtina etməsi səbəb olub.
CBS-in məlumatına görə, çərşənbə günü Vaşinqtonda ABŞ-ın 250 illiyini qeyd etmək üçün yaradılan ikipartiyalı qeyri-kommersiya təşkilatı olan Freedom 250 tədbirlərdə çıxış edəcək sənətçilərin ilkin siyahısını açıqlayıb. Lakin elan edilən ulduzların əksəriyyəti siyahı dərc edildikdən qısa müddət sonra çıxışdan imtina edib.
Tramp bundan sonra Truth Social-da sənətçilərin əvəzinə səhnəyə özünün çıxacağını elan edib: “Sənətçilərin çərşənbə günü keçiriləcək çıxışlarından narahat olduqlarını başa düşürəm, ona görə də dünyanın ən böyük ulduzunu gətirməyi düşünürəm. Mən nümayəndələrimə Vaşinqtonda “Amerika Qayıdır” mitinqinin eyni vaxtda və yerdə keçirilməsi imkanını araşdırmağı tapşırıram”.
Amerika lideri həmçinin “vacib bir çıxış” edəcəyini yazıb və “qalib gəlməyi bilən xoşbəxt, ağıllı və uğurlu insanlarla əhatə olunmaq” istədiyini vurğulayıb. Tramp iddia edir ki, onun çıxışları Elvis Preslinin şöhrətinin zirvəsindəki çıxışlarından daha çox izdiham cəlb edir.