
Oğuz rayonunda avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb.
Primeinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Oğuz rayonu, Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü və 1981-ci il təvəllüdlü sərnişin Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü A.Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda sürücünün avtomobildən çıxarılması üçün işlər aparılır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, araşdırma aparılır.
