
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Primeinfo.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Sizi Gürcüstan Hökuməti və gürcü xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
28 May rəmzi və tarixi əhəmiyyətə malik bir gündür, Azərbaycan xalqının müstəqillik, dövlət quruculuğu və milli birlik arzusunu əks etdirir.
Gürcüstan Azərbaycanla möhkəm dostluğa və strateji tərəfdaşlığa böyük əhəmiyyət verir. Məmnunluqla qeyd etmək istərdim ki, ölkələrimiz arasında əməkdaşlıq bir çox istiqamətlərdə uğurla inkişaf edir və qarşılıqlı hörmətə, mehriban qonşuluğa, ortaq maraqlara əsaslanır.
Əminəm ki, Gürcüstan və Azərbaycan arasında ənənəvi yaxın münasibətlər gələcəkdə daha da möhkəmlənəcək və regionda sabitliyin, təhlükəsizliyin, rifahın təmin edilməsinə əhəmiyyətli töhfə verəcək.
Cənab Prezident, mənim xüsusi ehtiramımı və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. Sizə məsuliyyətli işinizdə uğurlar, Azərbaycan Respublikasına və xalqına sülh, tərəqqi və rifah arzulayıram”.