Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə XİN-dən Qara dənizdə yük gəmisinə PUA hücumu barədə AÇIQLAMA

29.05.2026 18:22

Türkiyə XİN-dən Qara dənizdə yük gəmisinə PUA hücumu barədə AÇIQLAMA

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Qara dənizdə vurulan yük gəmisi ilə bağlı açıqlama verib.

Primeinfo.az-ın xəbərinə görə, bu barədə nazirlik rəsmi saytında paylaşım edib.

“Ötən gecə (28 may) Ukraynanın Odessa limanından Türkiyəyə quru yük daşıyan Türkiyəyə məxsus, Vanuatu bayrağı altında üzən gəminin PUA hücumuna məruz qaldığı və iki ekipaj üzvünün yüngül yaralandığı məlum olub.

Gəmidə işləyən vətəndaşlarımızın vəziyyəti Odessadakı baş konsulluğumuz tərəfindən yaxından izlənilir.

Son zamanlarda Qara dənizdə müşahidə edilən müharibə ilə əlaqəli eskalasiyanın bölgəmiz üçün yaratdığı risklər və təhdidlərlə bağlı narahatlıqlarımız, ölkəmizə yönəlmiş mümkün mənfi təsirlərlə bağlı xəbərdarlıqlarımız məsələ ilə əlaqəli bütün tərəflərə hər bir səviyyədə ifadə edilib.

Müharibənin nəzarətsiz şəkildə eskalasiyasına səbəb ola biləcək addımlardan çəkinmək istiqamətindəki xəbərdarlıqlarımızı müvafiq tərəflərə yenidən bildiririk.

Qara dənizdə mülki gəmilərin naviqasiya təhlükəsizliyinin təmin edilməsi və müharibəyə danışıqlar yolu ilə son qoyulması yönündə çağırışlarımız qüvvədə qalır.

Eskalasiyanın qarşısını almaq və sülh prosesini sürətləndirmək üçün regional əsaslı və nəticəyə yönəlmiş tədbirlər hazırlamağa hazır olduğumuzu əlaqəli tərəflərə xatırladırıq”, – deyə açıqlamada bildirilib.

Paylaş: