Xəbər axtarın

Son axtarış nəticələri:

PUA hücumundan sonra İtaliya bu ölkəyə qoşun GÖNDƏRİR

30.05.2026 21:04

PUA hücumundan sonra İtaliya bu ölkəyə qoşun GÖNDƏRİR

İtaliya Silahlı Qüvvələri Rumıniyadakı hərbi mövcudluğunu gücləndirməyi planlaşdırır.

Primeinfo.az xəbər verir ki, “La Repubblica” qəzetinin yaydığı məlumata görə, rumıniyalı hərbçilərin təlim proqramında iştirak etmək üçün bölgəyə təxminən 100 hərbi qulluqçu və bir neçə qırıcı təyyarə göndəriləcək.

Hərbi əməliyyatın iyunun 15-də başlayacağı və ən azı bir ay davam edəcəyi gözlənilir. Mənbələrin verdiyi məlumata görə, İtaliya hərbçilərindən ibarət kiçik bir qrup artıq Rumıniyadakı hərbi bazaya çatıb. Təlimlər Konstansa şəhəri yaxınlığındakı aviasiya bazasında keçiriləcək. Qeyd edək ki, sözügedən ərazidə ABŞ-ın 4,5 minə yaxın hərbi qulluqçusu da yerləşdirilib.

Nəşrin məlumatına görə, bu əməliyyat öncədən planlaşdırılsa da, ictimaiyyətə açıqlanmayıb. Rumıniyanın Qalats şəhərində yaşayış evinin damına pilotsuz uçuş aparatının (PUA) düşməsi və nəticədə iki nəfərin xəsarət alması ilə bağlı baş verən son insidentdən sonra bu missiyanın aktuallığı daha da artıb.

Paylaş: