Xəbər axtarın

Son axtarış nəticələri:

Məhkəmə Trampın vergi toxunulmazlığı sazişini araşdıracaq

31.05.2026 11:15

Məhkəmə Trampın vergi toxunulmazlığı sazişini araşdıracaq

Florida ştatındakı federal hakim ABŞ prezidenti Donald Trampın Daxili Gəlir Xidmətinə (ölkənin əsas vergi yığımı agentliyi) qarşı qaldırdığı və ilk prezidentlik müddətində vergi bəyannamələrini mediaya sızdırdığına görə ən azı 10 milyard dollar təzminat tələb etdiyi iddia üzrə prosesi yenidən bərpa etməyə qərar verib.

Primeinfo.az xəbər verir ki, Florida ştatının Cənub Dairəsinin elektron məlumat bazasında dərc olunmuş sənədlərə görə, ABŞ prezidenti ilə Daxili Gəlir Xidməti arasında Trampın vergi bəyannamələrini sızdırdığına görə 10 milyard dollar təzminat tələb etdiyi iş bu ayın əvvəlində bağlanıb: Tramp iddiasını geri götürüb, əvəzində razılaşmanın bir hissəsi olaraq, ABŞ Ədliyyə Nazirliyi ona və ailəsinə cari vergi yoxlamalarından toxunulmazlıq verən qərar qəbul edib.

Bunun ardınca 35 keçmiş federal hakim işin yenidən açılmasını tələb edən vəsatət qaldırıb və Ədliyyə Nazirliyinin Trampla razılaşmanın şərtlərini məhkəmədən gizlətdiyini iddia edib.

Ardınca hakim Ketlin Uilyams iddiaçıya 12 iyun tarixinə qədər “vəsatətə cavab verməyi” və iddianın geri götürülməsi ilə bağlı mövqeyini izah etməyi tapşırıb.

Paylaş: