
Münxen beynəlxalq hava limanı səmada pilotsuz uçuş aparatı olduğu ehtimal edilən naməlum obyektin görünməsi səbəbindən bağlanıb.
Primeinfo.az-ın məlumatına görə, bu barədə “Bild” nəşri Federal Polis nümayəndəsi Ştefan Bayer bildirib.
“Səhər saat 9 radələrində pilotlar şübhəli obyekt müşahidə ediblər”, – o qeyd edib.
Hər iki uçuş-eniş zolağında hərəkət dayandırılıb, polis genişmiqyaslı əməliyyat keçirir. Polis əməkdaşları PUA ilə bağlı əlavə dəlillərin olub-olmadığını yoxlayırlar. Əməliyyata helikopter də cəlb edilib.
Təhlükəsizlik məqsədilə uçuşlar müvəqqəti dayandırılıb və nə zaman bərpa olunacağı məlum deyil.