Qəzzada İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 72 min 939 nəfərə çatıb, 172 min 927 nəfər isə yaralanıb. Primeinfo.az bu barədə Qəzza Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki,son 24 saat ərzində bir nəfər həlak olub, daha 8 nəfər yaralanıb. Qeyd olunub ki, bir sıra qurbanların meyitləri hələ də dağıntılar altında və küçələrdə qalıb.
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının bir neçə rayonunda HƏMAS-ın üç silah anbarına hücum edib. Primeinfo.az-ın “Ynet”ə istinadən məlumatına görə, bu barədə ordunun rəsmi nümayəndəsi bildirib. Qeyd olunub ki, həmin anbarlarda partlayıcı maddələr, uzaqmənzilli silahlar, snayper tüfəngləri və əlavə hərbi təchizat saxlanılıb.
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının mərkəzində HƏMAS qruplaşmasının silah anbarlarını məhv edib. Primeinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “Son sutka ərzində İsrail Müdafiə Qüvvələri zərbələr endirərək Qəzza zolağının mərkəzi hissəsində HƏMAS-ın üç silah anbarını məhv edib.
İsrail hərbçiləri Qəzza zolağının cənub hissəsində silahlı dəstəni məhv ediblər. Primeinfo.az -ın məlumatına görə, bu barədə rəsmi açıqlamanı İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti yayıb. Bildirilib ki, terrorçu qruplaşmanın irəliləməsinə şərait yaradan silahlılar zərərsizləşdirib.
“Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və vəzifələrini dəstəkləyir”.
İsrail Ordusunun gecə saatlarında Qəzzaya endirdiyi hava zərbələri nəticəsində 8 nəfər ölüb. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzanın cənubundakı Xan-Yunis bölgəsində endirilən zərbə nəticəsində dörd nəfər həyatını itirib. Daha dörd nəfər isə sektorun şimalında, Cəbəliyyə yaxınlığında endirilən zərbə nəticəsində ölüb.
İsrail ordusunun ötən gecədən bəri Qəzza zolağına endirdiyi silsilə aviazərbələr nəticəsində azı 28 nəfər həlak olub. Primeinfo.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu, ötən ilin oktyabr ayında əldə olunmuş atəşkəs razılaşmasından bəri qeydə alınan ən yüksək ölüm göstəricilərindən biridir. Fələstin tərəfi həlak olanların dörddə birinin uşaqlar, üçdə birinin isə qadınlar olduğunu bildirib.
“Qəzza zolağında saxlanılan sonuncu israilli girovun cəsədi tapılaraq ölkəsinə qaytarılıb”. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “TruthSocial” platformasında məlumat paylaşaraq, prosesin tamamlandığını elan edib. Ağ Ev rəhbəri paylaşımında sözügedən uğuru yüksək qiymətləndirib: “Beləliklə, 20 girovun hamısını diri və ya ölü vəziyyətdə geri qaytardıq!
Qəzzada münaqişə sona çatır. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində bildirib. “Biz məsələni həll edirik.
“Azərbaycan ABŞ Prezidenti tərəfindən Qəzzada təklif olunan sülh planını müsbət qarşılayır”.