Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək

31.05.2026 22:43

Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək

Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək.

Primeinfo.az Azərbaycan Atıcılıq Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkənin ən güclü və sərrast atıcıları bir araya gələcək.

Turnirdə idmançılar böyüklər və U-21 gənclər kateqoriyaları üzrə stend atıcılığının dairəvi (Skeet) və səngər (Trap) növlərində mübarizə aparacaqlar.

Yarış iştirakçıları fərdi və komanda hesabında qalibləri müəyyənləşdirmək üçün hədəfləri nişan alacaqlar. Final mərhələləri isə Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) son yenilənmiş qaydalarına uyğun keçiriləcək.

Qeyd edək ki, turnir iyunun 2-dən 6-dək Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq.

Paylaş: