Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdurrahman Al Sani, həmçinin Misir Ümumi Kəşfiyyat Xidməti rəhbəri Həsən Rəşat zəmanətçi ölkələr kimi Misirdə görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçid, ABŞ-la birgə səylərin gücləndirilməsi, atəşkəsin davamlılığını təmin edilməsi və pozuntuların qarşısını almaq üçün Mülki-Hərbi Koordinasiya Mərkəzi ilə koordinasiyanın artırılması müzakirə olunub.
“İordan çayının Qərb sahilindəki son hadisələr Qəzza zolağında atəşkəsin sabitliyinə təhdid yaradır”. Primeinfo.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. “Qərb sahilindəki hadisələrin nəzarətdən çıxacağı, daha böyük toqquşmalara çevriləcəyi və Qəzza zolağında göstərdiyimiz səyləri sarsıdacaq təsir yaradacağı ilə bağlı müəyyən narahatlıqlar mövcuddur”, – deyə Rubio jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Misirin Qahirə şəhərində Qəzzanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Misirin Xarici İşlər, Miqrasiya və Xaricdə Yaşayan Misirlilər naziri Bedir Abdulati Ankarada türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, məqsəd Qəzzanın yenidən qurulması üçün imkanların təşviq edilməsidir.
İsrail hökuməti 2014-cü ildə Qəzza zolağında həlak olan hərbçi Hadar Qoldinin cəsədinin qalıqlarını təhvil alıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb. Hökumət müəyyən prosesdən sonra cəsədin ölkəyə gətirildiyini təsdiqləyib.
İstanbul şəhərində Türkiyənin təşəbbüsü ilə Qəzza Zirvəsi başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edir.
ABŞ Azərbaycandan Qəzzada “Sabitlik qüvvələri”nə qoşulmağı xahiş edib. Primeinfo.az xəbər verir ki, bu barədə “AnewZ” öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Bakı bununla bağlı hələ son qərar verməyib.
İsrail ordusu Qəzza zolağının şimalındakı Beyt Lahiya bölgəsinə zərbə endirib. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, zərbə İsrailə dərhal hücum üçün nəzərdə tutulmuş silah və hava hücumu avadanlıqlarının saxlanıldığı obyektə endirilib.
İsrail Hərbi Hava Qüvvələrinin dünən axşamdan etibarən Qəzza şəhərinin bir neçə rayonuna endirdiyi aviazərbələr nəticəsində həlak olan insanların sayı 100-ə çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb. Xatırladaq ki, dünən İsrail Baş naziri Benyamin Netanyahu orduya Qəzza zolağına “dərhal və güclü zərbələr endirməyi” tapşırıb.
İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir neçə rayonuna aviazərbələr endirib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Al Jazeera telekanalı məlumat yayıb. Məlumata görə, aviabombalardan biri şəhərin şimalında yerləşən Əl-Şifa tibb mərkəzini hədəf alıb.
İsrailin Baş naziri Benyamin Netanyahu yeni hücum dalğası elan edərək, hərbçilərə “dərhal Qəzza zolağına güclü zərbələr endirməyi” əmr edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb. Məlumata görə, bu qərardan əvvəl təkcə Rəfahdakı hücum deyil, həm də İsrailin HƏMAS-ın atəşkəs razılaşmasını pozan hərəkətlərinə qəzəblənməsi olub.