"Sülh Sammiti"nə kimlər qatılacaq?
Sammitin məqsədi Qəzza zolağında müharibəyə son qoymaq, Yaxın Şərqdə sülh və sabitliyə nail olmaq üçün səyləri artırmaq və regional təhlükəsizlik və sabitliyin yeni dövrünü açmaq olacaq.
Sammitin məqsədi Qəzza zolağında müharibəyə son qoymaq, Yaxın Şərqdə sülh və sabitliyə nail olmaq üçün səyləri artırmaq və regional təhlükəsizlik və sabitliyin yeni dövrünü açmaq olacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada əldə edilmiş atəşkəsdən sonra prosesdə iştirak edən Türkiyə diplomatlarını təbrik edib.
Razılaşmaya əsasən, hərbi əməliyyatların 24 saat ərzində dayandırılması və Qəzzada saxlanılan israilli girovların 72 saat ərzində azad olunması nəzərdə tutulur.
İsraillə HAMAS arasında atəşkəs razılaşması qüvvəyə minib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Bildirilib ki, Qəzza zolağında atəşkəs bu gün yerli vaxtla saat 12-dən etibarən qüvvəyə minib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə HƏMAS və İsrail nümayəndələri arasında aparılan danışıqlardan sonra Qəzzada atəşkəsin əldə olunmasından məmnun olduğunu bildirib. Primeinfo.az Report-a istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə”X” sosial media hesabında yazıb. “Şarm Əl-Şeyxdə keçirilən və Türkiyə olaraq bizim də töhfə verdiyimiz HƏMAS-İsrail danışıqlarının Qəzzada atəşkəslə nəticələnməsindən böyük məmnuniyyət duyuram”, – o qeyd edib.
Bəzi sosial şəbəkə hesablarında 7 oktyabrda Qəzzada baş verənlərlə əlaqədar Azərbaycanda bayraqların yarıya endirildiyi barədə paylaşımlar dezinformasiya xarakteri daşıyır. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb. Bildirilib ki, məqsəd Azərbaycanı Fələstin əleyhdarı kimi göstərmək, ictimai rəyi aldatmaq, Türkiyə–Azərbaycan münasibətlərinə xələl gətirmək və ölkənin nüfuzuna zərər vurmaqdır.
2023-cü ilin oktyabrından bəri hərbi əməliyyatlarda 1150-dən çox İsrail əsgəri həlak olub. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, həlak olanlar içərisində əsgərlərdən əlavə polis zabitləri və daxili təhlükəsizlik xidməti (Şin Bet) əməkdaşları da var.
ABŞ Dövlət Katibi Marko Rubio, HAMAS-ın ABŞ Prezidenti Donald Trampın Qəzza planına cavab verməsindən sonra verdiyi açıqlamada bildirib ki, “Qəzzadakı müharibə hələ bitməyib, görülməli bir sıra işlər var.” Primeinfo.az APA-ya istinadən xəbər verir ki, o, bunları NBC telekanalında yayımlanan “Meet the Press” proqramında çıxış edərkən söyləyib. Rubio qeyd edib ki, “Qəzzadakı müharibənin hələ sonina gəlməmişik”. Rubio Qəzzadakı girovların azad edilməsinə dair danışaraq deyib: “HAMAS-ın bu məsələdə həqiqətən ciddi olub-olmadığını, bu texniki danışıqların logistika baxımından necə irəlilədiyini çox tez bir zamanda anlayacağıq.” O, ABŞ-ın girovların bir an öncə azad edilməsini istədiyini bir daha vurğulayıb.
Qəzza zolağında iki ildir davam edən münaqişənin həlli ilə bağlı ABŞ və İsraildən olan nümayəndə heyətlərinin iştirakı ilə bu gün Misirdə danışıqlar keçiriləcək.
Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Flotilyasındakı Türkiyə vətəndaşlarına zərər dəyməməsi üçün tədbirlər görülür. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, aidiyyəti qurumlar vəziyyəti yaxından izləyir.