ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının cənub hissəsindən keçən supertankerin minaya düşməsi ilə bağlı SEPAH-ın iddiasını təkzib edib. Primeinfo.az xəbər verir ki, bununla bağlı CENTCOM-un “X” hesabında məlumat verilib. Bildirilib ki, Hörmüz boğazında heç bir gəmi minaya düşməyib.
Livanın cənubundakı Əli əl-Tahir yüksəkliklərində təxminən 100 Hizbullah döyüşçüsü və bir qrup SEPAH üzvü İsrail tərəfindən mühasirəyə alınıb.
Böyük Britaniya İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib. Primeinfo.az “Sky News“ə istinadən xəbər verir ki, Britaniya hökumətinin qərarına əsasən, SEPAH-a üzv olmaq, onun tədbirlərində iştirak etmək və ya rəmzlərini ictimai yerlərdə nümayiş etdirmək cinayət əməli hesab ediləcək. Qeyd edək ki, SEPAH daha əvvəl də Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.
ran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 4 ədəd “Fateh-110” raketinin buraxıldığını və onların İran ərazisini atəşə tutmağa hazırlaşdığı iddia edilən beş HIMARS qurğusunu hədəf aldığını açıqlayıb.
Bölgədəki hərbi əməliyyatlar zamanı qəlpə dəyməsi nəticəsində bir Qətər vətəndaşı ölüb, daha bir nəfər isə yaralanıb.
Ukrayna SEPAH-ın saxladığı və İranda saxlanılan dörd dənizçisini ölkəyə qaytarıb. Primeinfo.az xəbər verir ki, bu barədə “RBK-Ukraine” Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiyə istinadən məlumat yayıb. Tixinin sözlərinə görə, bu ilin aprel ayında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında bir sıra gəmiləri və dənizçiləri saxlayıb.
Hökumətə məxsus olan 20 milyon barel neft SEPAH-ın Hava-Kosmik Qüvvələrinə verilib ki, bu qurum öz imkanlarını və hərbi təchizatını gücləndirə bilsin: “Valyuta resurslarımızı onların ixtiyarına verdik…
ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb. Primeinfo.az xəbər verir ki, Tramp bu barədə “Fox News”un müxbiri Trey İnqsta bildirib, eləcə də “Truth Social” sosial şəbəkə hesabında yazıb. “Əgər İran Hörmüz boğazını bağlasa, mən onları yerlə yeksan edəcəyəm.
Sutka ərzində Hörmüz boğazından dünya bazarlarına 17 milyon bareldən çox neft və digər yüklər daşıyan 55 ticarət gəmisi keçib. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) “X” sosial şəbəkə hesabında yaydığı bəyanatda deyilir. Məlumata görə, Amerika Silahlı Qüvvələri gəmiçilik azadlığını dəstəkləmək məqsədilə boğaz ərazisində fəaliyyətini davam etdirir.
Bu müharibə bitməyəcək. Hesab edirəm ki, Vaşinqton savaşı bitirmək istəmədiyi kimi, SEPAH da istəmir…