Xəbər axtarın

Son axtarış nəticələri:

Pezeşkian: "Dövlətə məxsus 20 milyon barel neft SEPAH-a verilib"

22.06.2026 12:29

Pezeşkian: "Dövlətə məxsus 20 milyon barel neft SEPAH-a verilib"

Dövlətin nefti hərbi quruma yönləndirilib.

Primeinfo.az-ın Gunaz TV-yə istinadən məlumatına görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, hökumətə məxsus olan 20 milyon barel neft SEPAH-ın Hava-Kosmik Qüvvələrinə verilib ki, bu qurum öz imkanlarını və hərbi təchizatını gücləndirə bilsin: “Valyuta resurslarımızı onların ixtiyarına verdik”.

SEPAH-ın Hava-Kosmik Qüvvələri İranın ballistik raket proqramının əsas icraçılarından hesab olunur. Bu qurum son müharibələr zamanı İsrail və bölgədəki digər hədəflərə yüzlərlə raket buraxıb.

Pezeşkian həmçinin iddia edib ki, hökumətin maddi və logistika dəstəyi olmasaydı, İranın silahlı qüvvələri son müharibələrdə fəaliyyətlərini davam etdirə bilməzdi.

Son illərdə İran neftinin satışında və ölkənin enerji gəlirlərinin idarə olunmasında SEPAH-ın roluna dair çoxsaylı hesabatlar yayımlanıb. Müxalif çevrələr isə ölkənin iqtisadi böhran və ağır sosial problemlərlə üzləşdiyi bir vaxtda dövlət resurslarının hərbi qurumlara yönəldilməsini sərt şəkildə tənqid edirlər.

Paylaş: