Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: sepah

Fars körfəzində gərgin anlar: Xarq adası yaxınlığında güclü partlayış

Fars körfəzində gərgin anlar: Xarq adası yaxınlığında güclü partlayış

Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin son dərəcə gərgin olduğu bir vaxtda Fars körfəzində strateji əhəmiyyət kəsb edən ərazidə güclü partlayış səsləri qeydə alınıb. Hadisə bölgədə narahatlığı daha da artırıb. Primeinfo.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan “Fars” xəbər agentliyi Fars körfəzində yerləşən strateji Xarq adası yaxınlığında güclü partlayışın baş verdiyi barədə məlumat yayıb.

SEPAH: "Cavab zərbələri ABŞ-a dərs olmalıdır"

SEPAH: "Cavab zərbələri ABŞ-a dərs olmalıdır"

ABŞ-a qarşı həyata keçirilən cavab zərbələri ona dərs olmalıdır. Primeinfo.az “Al Jazeera”ə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb. Açıqlamada bildirilir ki, ötən gecə ABŞ ordusu Hörmüz boğazı yaxınlığında İran neft tankerinə hava zərbəsi endirib və nəticədə tankerin mühərrik bölməsi zədələnib.

SEPAH: Ötən gün Hörmüz boğazından 20 gəmi keçib

SEPAH: Ötən gün Hörmüz boğazından 20 gəmi keçib

Son 24 saat ərzində Hörmüz boğazından 20 gəmi keçib. Primeinfo.az-ın məlumatına görə, bu barədə “Al Jazeera” İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin məlumatına istinadən xəbər verib. “Son 24 saat ərzində İran hərbçiləri 20 gəminin Hörmüz boğazından keçidini təmin edib”, – məlumatda bildirilib.

Avropa ölkələri SEPAH ilə danışıqlara BAŞLADI

Avropa ölkələri SEPAH ilə danışıqlara BAŞLADI

İran mediasının yaydığı məlumatlara görə, Avropa ölkələri öz gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ilə danışıqlara başlayıb.  Primeinfo.az xəbər verir ki, bu barədə İranın İRİB dövlət televiziyasının müxbiri məlumat yayıb. Məlumata görə, təmasların aktivləşməsi son günlər Çin, Yaponiya və Pakistana məxsus gəmilərin sözügedən boğazdan uğurlu keçidindən sonraya təsadüf edib.

İran Hörmüzdən sui-istifadə etməyə başlayıb

İran Hörmüzdən sui-istifadə etməyə başlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli media qurumları Hörmüz boğazından keçən dənizaltı fiber-optik kabellərə nəzarət etmək üçün maliyyə və hüquqi mexanizmlərin tətbiqini təklif ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Xüsusilə, agentlik bildirib ki, bu strateji dəniz dəhlizindən keçən kabellər qlobal rəqəmsal infrastruktur və beynəlxalq maliyyə əməliyyatları üçün vacibdir.

SEPAH Hörmüzdən təhlükəsiz keçidin təmin olunacağını AÇIQLAYIB

SEPAH Hörmüzdən təhlükəsiz keçidin təmin olunacağını AÇIQLAYIB

Hörmüz boğazı vasitəsilə sabit və təhlükəsiz gəmiçilik ABŞ təhdidlərinin zərərsizləşdirilməsindən sonra təmin ediləcək. Primeinfo.az xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri bəyanat yayıb. Bəyanatda Fars və Oman körfəzlərində üzən gəmilərin kapitanlarına və sahiblərinə yeni qaydalara əməl etdiklərinə görə təşəkkür edilib.