İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın mərkəzi səmasında ABŞ-a məxsus ikinci F-35 qırıcı təyyarəsini vurduğunu bəyan edib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, SEPAH cümə günü ikinci F-35 qırıcı təyyarəsinin İranın mərkəzi səmasında Aerokosmik Qüvvələrinin yeni qabaqcıl müdafiə sistemi tərəfindən məhv edildiyini açıqlayıb. Bildirilib ki, vurulan qırıcı təyyarə Lakenheath eskadrilyasına məxsusdur.
SEPAH-ın “Fatehin” xüsusi bölməsinin komandanı, briqada generalı Məhəmməd Əli Fətəlizadə hava zərbəsi nəticəsində öldürülüb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Defa Press” yayıb. Məlumata görə, o, aprelin 1-də İrana qarşı davam edən ABŞ–İsrail zərbələri zamanı öldürülüb.
İsrail ordusu (İDF) İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin mühəndislik şöbəsinin rəisi Mehdi Vəfainin öldürüldüyünü elan edib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, İDF-nin məlumatına görə, Vəfai dünən İranda İsrailin hava hücumu nəticəsində zərərsizləşdirilib. İDF-in açıqlamasında deyilir: “Korpusun mühəndislik bölməsinin rəhbəri olduğu 20 il ərzində Vəfai Livan və Suriya boyunca yeraltı layihələri təşviq edib”.
İran ordusunun Baş Qərargah rəisinin müşaviri general-leytenant Cəmşid Eshaqi öldürülüb. Primeinfo.az “Daneşcu”ya istinadən xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb. Bildirilib ki, Eshaqi ABŞ və İsrailin hava hücumunda ailə üzvləri ilə birlikdə həyatını itirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsirinin həlak olduğunu təsdiqləyib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin Beer-Şeva şəhəri yaxınlığında kimya zavoduna zərbə endirib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Vaşinqton İran universitetlərinə edilən hücumları pisləməsə, Yaxın Şərqdəki Amerika universitetlərinə hücum edəcəyi ilə hədələyib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi-dəniz qüvvələrinin komandiri Əlirza Tanksiri Bəndər Abbasa zərbə nəticəsində həlak olub.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranın elektrik stansiyalarını vuracağı ilə bağlı təhdidinə cavab verib. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı SEPAH yazılı açıqlama yayıb. “İranın yanacaq və enerji infrastrukturuna düşmən tərəfindən hücum baş verərsə, bölgədə ABŞ və sionist rejimə məxsus bütün enerji, informasiya texnologiyaları və şirin su təmizləmə infrastrukturları hədəf alınacaqdır”, – açıqlamada deyilir.
Albaniya parlamenti İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb. Primeinfo.az xəbər verir ki, bu barədə Albaniya parlamentinin bəyanatında bildirilib. Bəyanatda deyilir ki, Albaniya İranı terrorizmi dövlət səviyyəsində dəstəkləyən ölkə kimi tanıyır.