Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: sepah

SEPAH generalı öldürüldü

SEPAH generalı öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin Baş Qərargahının xüsusi müfəttişi, general Əbülqasım Babaiyanın öldüyünü təsdiqləyib.

“Sən camaatın uşağını niyə vurursan?” – Keçmiş nazirdən SƏRT SÖZLƏR - VİDEO

“Sən camaatın uşağını niyə vurursan?” – Keçmiş nazirdən SƏRT SÖZLƏR - VİDEO

“SEPAH-ın hansısa dəlisi, üzr istəyirəm, “sarsağ”ı uşağı vurub. Sən camaatın uşağını niyə vurursan?” Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı masa” proqramında Naxçıvanın keçmiş daxili işlər naziri, Milli Azadlıq Hərəkatının öncüllərindən biri Səyavuş Mustafa bildirib. O, İran silahlı qüvvələrinin ötən həftə Naxçıvan Beynəlxalq Hava Limanına və orta məktəbə dron hücumlarını şərh edib.

SEPAH-ın içində xain var – ŞOK İDDİA – VİDEO

SEPAH-ın içində xain var – ŞOK İDDİA – VİDEO

“İran hakimiyyətinin içində olan SEPAH-ın arxasında İsrailə, Amerikaya, Çinə bağlı güclər var”. Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi, hüquqşünas Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib. O qeyd edib ki, həmin güclər Azərbaycan və Türkiyənin də İrana qarşı savaşa girməsində maraqlıdırlar: “Tramp hətta kürdləri, PKK-nı də gətirib savaşa salmaq istəyir.

"10 illik müharibəyə hazırıq" - SEPAH

"10 illik müharibəyə hazırıq" - SEPAH

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məsləhətçisi, briqada generalı İbrahim Cabbari ABŞ-e ilə mümkün hərbi qarşıdurma ilə bağlı sərt bəyanat verib. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, general İran uzunmüddətli müharibəyə hazır olduğunu qeyd edib. “Bu məsələ barədə yaxşı məlumatlı biri kimi deyə bilərəm ki, biz ABŞ-e ilə ən azı on il davam edə biləcək müharibəyə hazırıq.

SEPAH Azərbaycanı hədələdi - FOTO

SEPAH Azərbaycanı hədələdi - FOTO

SEPAH Azərbaycana böhtan ataraq hədələyib. Primeinfo.az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, məlumat İran Dövlət Televiziyasının teleqram kanalında yerləşdirilib. Məlumata əsasən, “Xatəmül-Ənbiya” qərargahının sözçüsü deyib: “İran İslam Respublikasının Silahlı Qüvvələri bölgədəki amerikalı və sionist təcavüzkarlarla genişmiqyaslı döyüşlərdə iştirak etməsinə baxmayaraq, hərtərəfli səylərlə dost, qonşu və müsəlman ölkələrinin milli təhlükəsizliyinə və mənafelərinə heç bir zərər gəlməməsinə çalışıb.