
“SEPAH hakimiyyəti əldən vermək istəmir. Ona görə də müharibənin uzanmasında maraqlıdırlar və sivil hakimiyyətin qurulmasına imkan vermirlər. Danışıqlar gedərkən İran BƏƏ-ni vurdu. Çünki danışıqların real nəticə verməsini istəmirlər”.
Primeinfo.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, SEPAH anlaşma istəmir, amma bu o demək deyil ki, onlar güclüdür: “Ona görə istəmirlər ki, bütün fürsətlərin əllərindən çıxacağını bilirlər”.
Davamı “Qırmızı masa”da: