Xəbər axtarın

Son axtarış nəticələri:

Pezeşkianın istefa xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

01.06.2026 00:28

Pezeşkianın istefa xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

İranda Prezident Məsud Pezeşkianın mümkün istefası ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirilib.

Primeinfo.az Musavat.com- istinadən xəbər verir ki, prezidentin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Mehdi Təbatəbai sosial şəbəkədə paylaşdığı açıqlamada istefa iddialarını təkzib edib. Təbatəbai bildirib ki, Pezeşkian xalqına xidmət yolundan geri çəkilməyəcək.

“Pezeşkian xalqa xidmətdən bir addım belə geri çəkilməyəcək, İran xalqı da həmrəylik və müqavimət yolundan dönməyəcək”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl bəzi media resurslarında İran Prezidenti Məsud Pezeşkianın istefa verə biləcəyi ilə bağlı iddialar yayılmışdı. Rəsmi Tehran isə həmin məlumatları təkzib edib.

Paylaş: