Xəbər axtarın

Son axtarış nəticələri:

İsrail Livanda SEPAH üzvlərini mühasirəyə alıb

23.08.2026 11:15

İsrail Livanda SEPAH üzvlərini mühasirəyə alıb

Livanın cənubundakı Əli əl-Tahir yüksəkliklərində təxminən 100 Hizbullah döyüşçüsü və bir qrup SEPAH üzvü İsrail tərəfindən mühasirəyə alınıb.

Primeinfo.az xəbər verir ki, məlumatı “Əl-Ərəbiyyə” telekanalı yayıb. Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri hər gün yeraltı sığınacaqlara və anbarlara zərbələr endirir. Kanalın məlumatına görə, Livanın cənubundakı əməliyyatlara rəhbərlik edən əsas komanda məntəqəsi orada yerləşir.

Hizbullah-ın siyasi şurasının sədr müavini Mahmud Kummati “Əl-Manar” televiziyasına verdiyi müsahibədə SEPAH üzvlərinin Livanın cənubundakı hərbi əməliyyatlarda iştirak etmədiyini iddia edib: “Müqavimət qüvvələri Nəbatiyyə şəhəri yaxınlığındakı Əli əl-Tahir yüksəkliklərində müdafiəni saxlayır; onlar dözümlülük və cəsarət nümayiş etdirirlər. Biz İran döyüşçülərinin onlarla birlikdə vuruşduğunu inkar edirik; Livanın cənubunda və ya qərbi Bekaa vadisində İran döyüşçüsü yoxdur. Seçimimiz İsrail təcavüzünə qarşı durmaqdır; düşmənin məqsədlərinə çatmasının qarşısını almağa çalışırıq”.

Kummati Livan hakimiyyətinin ölkədəki bütün qanunsuz qrupları tərksilah etmək niyyətini pisləyib. O, hökumətin atəşkəsə baxmayaraq İsrailin müqavimət qüvvələrinə hücumlarını davam etdirməsinə icazə verdiyini iddia edib.

Paylaş: