
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan “Mesenat” ikihissəli musiqili dramının premyerası olub.
Primeinfo.az xəbər verir ki, Azərbaycanın məşhur neft milyonçusu, ictimai xadim və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən tamaşa teatrsevərlər tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Səhnə əsərində yalnız baş qəhrəmanın çətin və keşməkeşli taleyi deyil, həmçinin onun yaşadığı dövrün mürəkkəb ictimai-siyasi şəraiti, bolşeviklərin hiyləgər planları nəticəsində Bakı milyonçularına qarşı törədilən ailə faciələri əks olunub.
Mesenat (Hacı Zeynalabdin Tağıyev) obrazını teatrın istedadlı aktyoru İbrahim Əlizadə canlandırır.
Tamaşada həmçinin Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, Çingiz Əhmədov, Nadir Xasiyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, aktyorlar Türkel Tariqpeyma, Gültac Əlili, Elçin İmanov, Hüseyn Əlili, Faiq Mirzəyev, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Eleonora Mustafayeva, Şaban Cəfərov, Emin Zeynallı, Yuliya Heydərova, Telnaz Hüseynova, Ofeliya Məmmədova, Ayan Qurbanova, Firuzə Cəfərova, İranə Kərimova, Ruslan Mürsəlov, Nəzrin İsmayılzadə, Nərmin Əliyeva,
Əli Kərimov, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, Nahid İsgəndərzadə, Kamil Cəfərov, Tural Məsimov, Cəlal İsayev, Həmid Həmzəyev, eləcə də teatrın xor və balet artistləri iştirak edirlər.



















































