Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda binada PARTLAYIŞ - Ölən və yaralananlar var - FOTO  

14.04.2026 16:25

Bakıda binada partlayış olub. Hadisə Nəsimi rayonu 4-cü mikrorayon ərazisində baş verib.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə evdə kondisionerin təmiri zamanı qeydə alınıb. İlkin məlumata görə, partlayış kondisionerə qaz vurulması zamanı olub. Ölən şəxsin usta olduğu bildirilir.

TƏBİB-dən bildirilib ki, bu gün saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub: “Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində daha iki nəfərə – 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım olunub”.

Paylaş: