Xəbər axtarın

Son axtarış nəticələri:

ADY mart ayında 157 min tona yaxın qida sənayesi məhsulları daşıyıb - FOTO

15.04.2026 22:53

Azərbaycan Dəmir Yolları (ADY) bu ilin mart ayında 157 min tona yaxın qida sənayesi məhsulları daşıyıb.

Bu barədə Primeinfo.az-a Azərbaycan Dəmir Yollarından (ADY) məlumat verilib.

Bildirilib ki, bu keçən ilin müvafiq dövründən 51% çoxdur.

Eyni zamanda, analoji məhsulların 2026-cı ilin birinci rübü üzrə daşınması 325 min tona yaxın təşkil edib və ötən ilin eyni dövrünü 9% üstələyib.

Qeyd edək ki, qida sənayesi məhsullarının tranzit daşımaları da bu ilin birinci rübündə 21% (139,7 min ton), mart ayında isə 64% (67,3 min ton) artıb.

Paylaş: