Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda evdə yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

15.04.2026 17:06

Bakının Yasamal rayonunda Vidadi küçəsində evdə baş verən yanğınla bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub. Yanğında xəsarət alan olmayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə hadisə yerində jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadə deyib.

Ruslan Pirəlizadə qeyd edib ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub:

“Yanğınsöndürənlərin səyi nəticəsində iki mərtəbədən ibarət hər mərtəbəsi 60 kvadratmetr olan taxta konstruksiyadan ibarət kommunal tipli yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyalar yanıb. Yanğının digər evlərə keçməsinin qarşısı alınıb. Yanğın tam söndürülüb, xəsarət alan olmayıb”.

***

16.32

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Vidadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.

***

15.40

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Yasamal rayonunda fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Primeinfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Ətraflı məlumat veriləcək.

 

Paylaş: