Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfərə gəlib. Primeinfo.az xəbər verir ki, Overçukun Bakıda keçiriləcək iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak edəcəyi bildirilir. Məlumata görə Overçuk Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16 apreldə keçiriləcək 24-cü iclasının tədbirlərində iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib.
Azərbaycan Rusiya vətəndaşlarının İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib.
Vladimir Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsinə görə İlham Əliyevə təşəkkür edib
Rusiya Prezidenti Vladimir Putin martın 11-də azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib.
İqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Komissiyanın həmsədrlərinin görüşündə bildirilib. Görüşdə tərəflər cari ilin aprel ayında Azərbaycan Respublikasında İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi barədə razılığa gəliblər.
Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Bakıda səfərdə olan Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Görüşdə Rusiya və Azərbaycan arasında iqtisadi, sənaye, enerji, nəqliyyat-logistika və aqrar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və gündəlikdə olan digər aktual məsələlər müzakirə edilib.