Xəbər axtarın

Son axtarış nəticələri:

Paytaxtın bu ünvanına yeni svetoforlar quraşdırılıb - VİDEO

15.04.2026 20:27

Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsi ilk dəfə svetoforlarla tənzimlənəcək.

Bu barədə Primeinfo.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində də piyadaların təhlükəsizliyi təmin olunacaq. Artıq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən bu istiqamətdə işlərə başlanılıb. 7-si “L”, 8-i “A” tipli olmaqla ümumilikdə 15 ədəd svetofor dirəyinin quraşdırılması işləri hazırda davam etdirilir.

Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində hərəkətin təşkilində edilən dəyişikliklə bağlıdır.

 

Paylaş: