Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp: "İranla müharibə başa çatmaq üzrədir"

15.04.2026 10:00

Tramp: "İranla müharibə başa çatmaq üzrədir"

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin sona yaxınlaşdığını bildirib.

Primeinfo.az xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində deyib.

“Münaqişə demək olar ki, başa çatmaq üzrədir, lakin əməliyyatlar hələ tam bitməyib. Görək nə olacaq. Düşünürəm ki, onlar razılaşma əldə etməyi çox istəyirlər. ABŞ hücumları daha da gücləndirsəydi, İranın bərpası onilliklər çəkə bilərdi”, – deyə Tramp vurğulayıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, İrana hücum Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün idi:

“Onların diqqətini yayındırmalı idim. Bunu etməsəydim, indi İran nüvə silahına sahib olardı”.

İran və ABŞ arasında Pakistanın vasitəçiliyi ilə keçirilən son danışıqlar qəti nəticə verməsə də, tərəflər aprelin 8-də iki həftəlik müvəqqəti atəşkəs elan ediblər. Bu dövrdə diplomatik təmasların intensivləşməsi müharibənin gedişi ilə bağlı qeyri-müəyyənliyin davam etdiyini göstərir.

 

 

Paylaş: