İran son müharibələrə görə ABŞ və İsraildən qisas alacaq. Primeinfo.az xəbər verir ki, bu barədə İranın Ali rəhbəri Müctəba Xamenei “X” sosial şəbəkə hesabında məlumat paylaşıb. “Əhd edirik ki, bu iki müharibənin bütün şəhidlərinin intiqamını alacağıq”, – o yazıb.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zolqədr İsraili aprel ayında dayandırılan müharibəyə yenidən cəlb etməklə hədələyib. Primeinfo.az ISNA-ya istinadən xəbər verir ki, Məhəmməd Baqer Zolqədr deyib ki, İran Amerikanın hücumlarına cavab olaraq İsraili hədəfə alacaq. Məhəmməd Baqer Zolqədr qeyd edib ki, ABŞ İranın infrastrukturunu hədəfə almağa davam edərsə, İsrail Tehranın cavabından “qurtulmayacaq”.
Bu qruplar İrana hakimdir “Bu müharibənin davamında həm ABŞ, həm İsrail, həm də İran maraqlıdır. ABŞ və İsraildə İrana münasibət son dərəcə neqativdir…
İran İsrailə hücum etsə, bu, onun indiyə qədər etdiyi ən böyük səhv olacaq. Primeinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz “X” hesabında SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaaniyə fars dilində yazdığı cavabında bildirib. “İranın Qüds qüvvələrinin komandanı Qaani son vaxtlar İsrailə qarşı çoxsaylı təhdidlər səsləndirir.
İsrail ən kiçik sülh ehtimalına belə dözmür. Primeinfo.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın iclasında çıxışı zamanı deyib. “İndi daha həssas bir yanaşma tələb edən bir prosesin içərisindəyik.
İranda ABŞ-nin hərbi əməliyyatların dayandırılması barədə razılaşmanın birinci bəndini yerinə yetirməməsi ilə əlaqədar Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin dayandırıldığı bəyan edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının bəyanatına istinadən məlumat yayıb. Bu qərar İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi zərbələrə cavab olaraq qəbul edilib.
İranın xarici işlər naziri Abbas Əraqçi İsraili “daimi müharibə” istəməkdə günahlandırıb. Primeinfo.az xəbər verir ki, o, bunu “X” hesabında İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin 4 İsrail hərbçisinin ölümündən sonra “bütün Livan yanmalıdır” bəyanatına münasibət bildirərkən yazıb. O, bu sözlərin İsrailin təhlükəsizlik naziri tərəfindən deyilməsinə diqqət çəkib.
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İsraillə hazırkı münasibətləri barədə danışıb. Primeinfo.az xəbər verir ki, ABŞ-da yerləşən “Axios” xəbər portalına verdiyi müsahibədə Tramp rəsmi Tel-Əviv və İsrailin baş naziri Binyamin Netanyahu ilə münasibətlərini qiymətləndirib. “Netanyahudan soruşulsaydı, bomba və silahlar da daxil olmaqla hər şeyə sahib olduqlarını söyləyəcəkdi…
İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini bir daha bəyan edib. Primeinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb. Netanyahunun açıqlaması Vaşinqton və Tehran arasında davam edən danışıqlar fonunda səslənib.
İran İslam Respublikasının Prezidenti Masud Pezeşkian mərhum ali lider Seyid Əli Xameneinin xatirəsinə həsr olunmuş tədbirdə çıxış edib.