Xəbər axtarın

Son axtarış nəticələri:

Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır - FOTO

23.06.2026 14:21

Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır - FOTO
Dünən Xəzər dənizinin Mərdəkan qəsəbəsinə yaxın nəzarətsiz ərazisində batan 4 nəfərlə bağlı bəzi təfərrüatlar məlum olub.

Primeinfo.az-ın Modern.az-a istinadən məlumatına görə, dənizdə batanların hamısı bir-birilə yaxın qohumdurlar, ata tərəfdən əmi nəvələridir.

Onların hamısı Lerik rayonunun Orand kəndindəndirlər. Batanlardan 3-nün meyiti tapılıb, 1-nin axtarışları isə davam edir.

Lerik Rayon İcra Hakimiyyətinin Orand kəndi üzrə nümayəndəsinin müavini Vaqif Cənnətov sayta bildirib ki, meyitləri tapılan 2005-ci il təvəllüdlü Elnur Əbdülov və 2007-ci il təvəllüdlü Elmar Əbdülov doğma qardaşdırlar.

1991-ci il təvəllüdlü Namiq Əzimov isə hazırda meyiti axtarılan 2003-cü il təvəllüdlü Pərviz Məcidovun dayısıdır.

Meyiti tapılan 3 nəfər bu gün torpağa tapşırılıb. Namiq Əzimov Bakıda – Mərdəkan qəsəbəsində dəfn edilib.

Elnur və Elmar Əbdülov qardaşlarının cənazələri isə Lerik rayonunun Orand kəndinə aparılaraq orada dəfn olunub.

Dörd nəfərdən yalnız Namiq Əzimov ailəlidir. O, Bakıda daimi yaşayırmış. İki dəfə ailə həyatı quran Namiqin 4 övladı qalıb. Hər evliliyindən iki övladı dünyaya gəlib.

Dünyasını dəyişən digər 3 gənc isə subay olub. Pərviz Məcidovun kənddə evi olsa da, Bakıda kirayədə yaşayırmış. Lerikdə yaşayan Elnur və Elmar qardaşları isə paytaxta işləmək üçün gəliblər və fəhləlik edirmişlər.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri tərəfindən Pərviz Məcidovun nəşinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri hazırda da davam etdirilir.

Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır - FOTO

Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır - FOTO

Paylaş: