
Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri olub.
Primeinfo.az QOL.az-a istinadən xəbər verir ki, bu, 2026-cı il dünya çempionatının J qrupunun 2-ci turunda Avstriya yığması ilə keçirilən matçda qeydə alınıb.
Messi mundiallarda 17-ci qolunu vuraraq bu göstəricidə 16 qolla Miroslav Klozeni geridə qoyub.
Siyahıda üçüncü pillədə isə 15 qolla Kriştiano Ronaldo yer alır.
Qeyd edək ki, Argentina Avstriyaya 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolun sahibi Messidir.
