
Tehranda İranın keçmiş Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi ilə vida mərasiminə görə 3 günlük tətil elan olunacaq.
“Tasnim”in xəbərinə görə, bunu Xamneyinin vida və dəfn mərasimi ilə bağlı qurumun rəhbəri Sərdar Həsənzadə deyib.
Onun sözlərinə görə, Xamneyi ilə vida mərasimi və cənazə namazı 4-5 iyul tarixlərində Tehranın Mosalla kompleksində təşkil olunacaq, 6 iyulda isə cənazə Quma yola salınacaq.
Bu üç gün ərzində Tehranda tətil elan ediləcək.
Qeyd edək ki, Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamneyi öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.
Xatırladaq ki, Seyid Əli Xamneyi 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamneyi seçilib.