Xəbər axtarın

Son axtarış nəticələri:

İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub

22.06.2026 23:00

İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub

İran və Türkiyə prezidentləri Məsud Pezeşkian və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Primeinfo.az-ın məlumatına görə, tərəflər ikitərəfli münasibətlərin inkişafı və regional sülhün möhkəmləndirilməsini müzakirə ediblər.

Regional vəziyyətlə bağlı son hadisələr ətrafında fikir mübadiləsi aparan dövlət başçıları diplomatik münasibətlərin inkişafı naminə sülh və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Pezeşkian Türkiyə xalqı və hökumətinin sülhyönümlü mövqeyini yüksək qiymətləndirərək, 12 günlük müharibə və Ramazan müharibəsi dövründə problemlərin diplomatik yolla həllinə verdiyi dəstəyə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

O, İran və Türkiyə arasında sosial, mədəni, siyasi və iqtisadi əlaqələrin dərinləşməsinə toxunaraq, müsəlman ölkələrinin regional sülh, sabitlik və təhlükəsizlik naminə birgə addımlar atmalı olduqlarını bildirib.

Pezeşkian müharibənin başa çatması ilə bağlı əldə olunan anlaşmaya toxunaraq qeyd edib ki, bu nəticə Pakistanın, Türkiyənin və digər islam ölkələrinin səyləri sayəsində mümkün olub və Livanın da bu sülh prosesinə daxil edilməsi vacibdir. Pezeşkian onu da bildirib ki, İsrailin Livan və Fələstini bombalamaq hüququ olmamalıdır.

İran Prezidenti ölkəsinin heç vaxt müharibə tərəfdarı olmadığını da diqqətə çatdıraraq bölgədə sülhün təmin olunması üçün diplomatik prosesin davam etdirilməsinin vacibliyini qeyd edib.

Pezeşkian çıxışının sonunda iki ölkə arasında iqtisadi münasibətlərin də daha sürətlə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə İranın ali rəhbərinə salamlarını çatdıraraq, müharibənin başa çatmasına dair anlaşmanın əldə olunmasını təbrik edib.

Ərdoğan bildirib ki, Türkiyə bu müddət ərzində dəfələrlə İrana qarşı müdaxilələri dəstəkləmədiyini bəyan edib və hər zaman ədalətli mövqeyi əsas götürüb.

Türkiyə prezidenti İranın ABŞ ilə danışıqlar prosesində nümayiş etdirdiyi təmkinli mövqeyi yüksək qiymətləndirərək, Pakistanın səylərini dəstəklədiklərini və Livanın razılaşmaya daxil edilməsini müsbət nəticə kimi dəyərləndirdiklərini bildirib.

Ərdoğan qeyd edib ki, İsrail hökumətindən müxtəlif bəyanatlar səslənsə də, İranın danışıqlara qarşı çıxan qüvvələr qarşısında rasional siyasətini davam etdirəcəyinə inanır.

Türkiyə prezidenti iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə iqtisadi komissiyanın yaradılmasını təklif edib və regional dialoqun sürətləndirilməsinin, islam ölkələri və region dövlətləri arasında əlaqələrin normallaşmasına töhfə verəcəyini vurğulayıb.

Paylaş: