Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp: "İsrail və İran bir həftə bir-birinə zərbə endirməyəcək"

09.06.2026 11:21

Tramp: "İsrail və İran bir həftə bir-birinə zərbə endirməyəcək"

“İsrail və İran ən azı bir həftə ərzində bir-birlərinə zərbələr endirməyəcəklər”.

Primeinfo.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib.

O, İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonda danışdığını qeyd edib:

“Biz Netanyahu ilə çox yaxşı danışıq apardıq. İran ona zərbə endirdi, o da cavab verdi. Buna görə onu qınaya bilmərəm. Amma indi bunu dayandırıblar. Beləliklə, onlar təxminən bir həftə və ya daha çox müddətdə bir-birlərini rahat buraxacaqlar”.

Tramp həmçinin Yaxın Şərqdəki münaqişənin həllinin başa çatmaq üzrə olduğunu da deyib.

“Biz nüvə silahının mövcudluğuna heç bir halda yol verməyəcək çox yaxşı sazişin bağlanmasının yekun mərhələsindəyik. Boğaz dərhal açılacaq. O, saziş imzalandıqdan dərhal sonra açılacaq ki, bu da iki-üç gündən sonra baş verə bilər”, – Tramp qeyd edib.

 

Paylaş: