Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp: "ABŞ və İran arasında saziş gələn həftə razılaşdırıla bilər"

02.06.2026 10:00

Tramp: "ABŞ və İran arasında saziş gələn həftə razılaşdırıla bilər"

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında sazişin gələn həftə yekunlaşdırıla biləcəyini açıqlayıb.

Primeinfo.az xəbər verir ki, ABŞ lideri bu barədə “ABC News”a müsahibəsində bildirib.

O, sənədin razılaşdırılması ilə bağlı suala cavab olaraq “düşünürəm ki, söhbət gələn həftədən gedir” deyə bildirib.

D.Tramp həmçinin əlavə müddəaların daxil ediləcəyini gözlədiyi üçün memorandumun əvvəlki versiyası ilə razılaşmadığını da qeyd edib.

Paylaş: