İsrailin baş naziri Benyamin Netanyahu İranla bağlı sensasion, bir qədər də həyasız açıqlama verib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Netanyahu sin müsahibəsində bəzi iranlı tərəfdarlarının küçələrə onun adını verdiyini və hətta ona xüsusi ləqəb qoşduqlarını iddia edib. İsrail baş naziri çıxışı zamanı deyib: “İranda küçələrə mənim adımı verirlər.
İsraildə İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən 4 nəfər həbs edilib. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail polisi, Daxili Təhlükəsizlik Xidməti və ordu birgə məlumat yayıb. Məlumata görə, İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinənlərdən üçü əsgər, bir nəfər isə mülki şəxsdir.
İranda ABŞ və İsraillə müharibə başlayandan bəri 21 nəfər edam edilib, 4000-dən çox insan həbs olunub. Primeinfo.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb. Bildirilib ki, bu ilin yanvarında keçirilən etirazlarla bağlı 9 nəfər, terror qruplarına üzvlükdə təqsirləndirilən 10 nəfər və casusluqda ittiham edilən 2 nəfər edam edilib.
İran–İsrail–ABŞ arasında davam edən gərginlik artıq lokal qarşıdurma çərçivəsini aşaraq qlobal təhlükəsizlik arxitekturasına, enerji bazarlarına və geosiyasi tarazlığa birbaşa təsir edən faktora çevrilir…
İranın saxladığı gəmilər ABŞ və ya İsrailə məxsus deyil. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün brifinq zamanı deyib. O, İranın AK-47 avtomatları və kiçik qayıqlarla sadəcə təsadüfi gəmiləri saxladığını bildirib: “Həmin gəmiləri bu silahları olan hər kəs saxlaya bilərdi”.
“İranın bu müharibədə qalib gəlmək şansı ümumiyyətlə yoxdur. Çünki İran həm havadan, həm qurudan, həm də dənizdən mühasirə şəraitindədir. İranın ABŞ-ə çatacaq raketi yoxdur, amma ABŞ-nin İrana çatan bir neçə növ qitələrarası ballistik raketləri var”.
“ABŞ İranda elektrik stansiyalarını, körpüləri və yolları vuracaq. Bununla da İranı hər şeydən məhrum edən prosesi izləyə bilərik. Danışıqların baş tutmaması nəticəsində İran çox ciddi problemlərlə qarşı-qarşıya qalacaq”.
“Hazırda İranın arxasında duran və onun sərvətini istismar edən güclər İranı Trampa vermək istəmir. İran dünyanın ən zəngin ölkələrindən biridir, nadir torpaq elementlərinə sahibdir. Yəni, hazırda İranın sərvətləri uğrunda amansız savaş gedir”.
“ABŞ-nin qarşısında böyük bir problem var – getdikcə zəifləyir. Bu da onunla bağlıdır ki, Çinin getdikcə güclənməsi, yeni qüvvə kimi ortaya çıxma perspektivləri var və bu da ABŞ-ni qorxudur.
“Təəssüf ki, bizim cəmiyyətimizdə dövlət şüuru olmayan, Azərbaycan dövlətinin maraqlarını anlamayan insanlar var. Biz bütün məsələlərə dövlətimizin maraqları prizmasından baxmalıyıq. Bizim hansısa bir dövlətin təəssübkeşi rolunda çıxış etməyimiz doğru deyil”.