Xəbər axtarın

Son axtarış nəticələri:

Yaponiya və Venesuelada GÜCLÜ ZƏLZƏLƏ: Binalar dağıldı, ölənlər var - FOTO

25.06.2026 10:11

Yaponiya və Venesuelada GÜCLÜ ZƏLZƏLƏ: Binalar dağıldı, ölənlər var - FOTO

Yaponiya və Venesuela sahillərində bir-birindən bir neçə dəqiqəlik fasilə ilə iki güclü zəlzələ baş verib.

Primeinfo.az xəbər verir ki, ilk olaraq Venesuelanın şimal sahillərində 7.2 və 7.5 maqnitudalı iki güclü və dağıdıcı zəlzələ olub.

Yeraltı təkanlardan sonra ölkədə fövqəladə vəziyyət elan edilib, bütün təhlükəsizlik qüvvələri və təcili xidmət orqanları səfərbər olunub.

ABŞ Geoloji Xidmətinin (USGS) ilkin qiymətləndirmələrinə görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 10 min ilə 100 min nəfər arasında dəyişə bilər. Dəqiq itkilər barədə hələlik rəsmi məlumat verilməyib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 18:04-də Valensiya şəhərindən 60 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

CNN telekanalı məlumatına görə, uçan binaların altından xilasedicilər 18 nəfəri çıxarmağa müvəffəq olublar.

Bələdiyyə meri Qustavo Dukenin verdiyi məlumata görə, dağıntılar altından tapılan 18 nəfərin hamısı sağdır. O, həmçinin qeyd edib ki, ən azı iki bina tamamilə yerlə yeksan olub. Hazırda axtarış-xilasetmə əməliyyatlarına 500-dən artıq əməkdaş cəlb edilib.

Venesuela hakimiyyəti Karakasın Mayketiya Beynəlxalq Hava Limanının ziyana görə bağlandığını açıqlayıb. Zəlzələdən sonra hakimiyyət orqanları Puerto-Riko və ABŞ Virgin adaları üçün sunami xəbərdarlığı verib.

Təxminən eyni saatda Yaponiyanın şimal-şərqində də 6,9 bal gücündə zəlzələ baş verib.

Ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin episentri İvate prefekturasının şərqində, Sakit Okeanda, 50 kilometr dərinlikdə olub. Zəlzələdən sonra sunami xəbərdarlığı verilsə də, bir neçə dəqiqə sonra ləğv edilib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Yaponiya Baş naziri Sanae Takaiçinin dəftərxanasında zəlzələ və onun nəticələri barədə məlumat toplamaq və təhlil etmək üçün təcili qərargah yaradılıb.

Yaponiya və Venesuelada GÜCLÜ ZƏLZƏLƏ: Binalar dağıldı, ölənlər var - FOTO

Yaponiya və Venesuelada GÜCLÜ ZƏLZƏLƏ: Binalar dağıldı, ölənlər var - FOTO Yaponiya və Venesuelada GÜCLÜ ZƏLZƏLƏ: Binalar dağıldı, ölənlər var - FOTO Yaponiya və Venesuelada GÜCLÜ ZƏLZƏLƏ: Binalar dağıldı, ölənlər var - FOTO

Paylaş: