
ABŞ-də yaşayan azərbaycanlı Naimi Amiral bu ölkənin Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin olunub.
Primeinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Naimi Amiral bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının xarici əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.
Onun yeni təyinatı ABŞ-nin hərbi-diplomatik korpusunda azərbaycanlı bir şəxsin yüksək vəzifəyə gətirilməsi baxımından diqqət çəkir.