Xəbər axtarın

Son axtarış nəticələri:

Aqşin Fatehin restoranı bağlandı - FHN

25.06.2026 22:10

Aqşin Fatehin restoranı bağlandı - FHN

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektdə yoxlama aparıb.

Primeinfo.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qurumun apardığı yoxlamaların nəticəsində paytaxtın Azadlıq prospekti 231 ünvanında yerləşən “By Fateh” restoranının fəaliyyəti dayandırılıb. Restoranın qapısı möhürlənib.

Qeyd edək ki, adıçəkilən restoran tanınmış meyxanaçı Aqşin Fatehə məxsusdur.

Daha əvvəl də sözügedən restoranın fəaliyyəti bir neçə dəfə dayandırılıb.

Aqşin Fatehin restoranı bağlandı - FHN

Paylaş: