
“Belarus bu savaşın bir parçasıdır. Nəzərə alsaq ki, 2022-ci ildə Kiyevə edilən hücum da məhz Belarus ərazisindən həyata keçirilmişdi. Doğrudur, ordu proseslərdə birbaşa iştirak etmir, amma gələn xəbərlərə görə Putin Lukaşenkoya ciddi şəkildə təzyiq edir və onun da bu savaşa qoşulmasını istəyir. Düşünürəm ki, Lukaşenko bundan yayına biləcək. Putin proqnozlaşdırılması çətin olan şəxsdir. O baxımdan da belə bir ehtimal da mövcuddur ki, Belarus istiqamətindən ikinci cəbhə açıla bilər”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Oqtay Qasımov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Qeyd edək ki, Belarusun Qrodno vilayətində səfərbərlik təlimlərinə start verilib. Təlimlər çərçivəsində hərbçilər çağırışçıların şəxsi məlumatlarını yoxlayırlar.
Belarus Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 20-dən etibarən Oşmyanı rayonunun hərbi komissarlığı şəxsi məlumatların dəqiqləşdirilməsi məqsədilə hərbi mükəlləfiyyətli şəxsləri çağırır. Məlumatların yoxlanılması ilkin toplanış məntəqəsində həyata keçirilir.
Davamı “Qırmızı masa”da: