Xəbər axtarın

Son axtarış nəticələri:

Günəş kremi ilə bağlı XƏBƏRDARLIQ: Tərkibində bu maddə varsa, vurmayın

25.06.2026 21:59

Günəş kremi ilə bağlı XƏBƏRDARLIQ: Tərkibində bu maddə varsa, vurmayın

Yay mövsümündə milyonlarla insanın istifadə etdiyi günəş kremləri ilə bağlı diqqətçəkən açıqlama verilib.

Primeinfo.az-ın Bakupost.az-a istinadən məlumatına görə, türkiyəli dermatoloq, professor Zəkayi Kutlubay bildirib ki, bəzi günəş qoruyucu kremlərdə olan kimyəvi filtrlər dəridən sorularaq qan dövranına keçə bilir.

Mütəxəssisin sözlərinə görə, xüsusilə oksibenzon və oktinoksat adlı maddələr son illərdə alimlərin diqqət mərkəzindədir.
Araşdırmalar bu komponentlərin hormon sisteminə mümkün təsirlərini gündəmə gətirsə də, onların insanlarda birbaşa xəstəlik yaratdığı sübut olunmayıb.

Oksibenzonun bədəndə həftələrlə qala bildiyi qeyd olunur. Mütəxəssislər ən təhlükəsiz seçim kimi sink oksid və titan dioksid tərkibli mineral günəş kremlərini tövsiyə edirlər. Bu maddələr dərinin səthində qalır, günəş şüalarını əks etdirir və orqanizmə demək olar ki, keçmir. Bütün müzakirələrə baxmayaraq, həkimlər vurğulayırlar ki, günəş kremindən istifadə etməmək daha böyük risk yaradır. Çünki günəşdən qorunmaq dəri xərçəngi və erkən qocalmanın qarşısını almaqda mühüm rol oynayır.

Paylaş: