Xəbər axtarın

Son axtarış nəticələri:

Vens: "ABŞ Türkiyəyə F-35 qırıcılarının verilməsini nəzərdən keçirir"

25.06.2026 11:49

Vens: "ABŞ Türkiyəyə F-35 qırıcılarının verilməsini nəzərdən keçirir"

Vaşinqton administrasiyası Türkiyəyə F-35 qırıcı təyyarələrinin verilməsini nəzərdən keçirir və bu məsələ ilə bağlı Konqreslə işləyir.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.

“Bilirəm ki, Pit Heqset və bütün komandası hazırda bu məsələni nəzərdən keçirir. Çünki ABŞ qanunlarına uyğunluq üçün təsdiqlənməli olan müəyyən şeylər var. Prezident bizə bunu etməyi tapşırıb. Bu, mahiyyət etibarilə Konqresin məsələsidir. Söhbət Türkiyənin F-35-ləri ala bilməsi üçün Amerika qanunlarına uyğun olub-olmamasından gedir. Biz bunun üzərində işləyəcəyik”, – Vens bildirib.

Paylaş: