
“Krıma zərbələr ilk dəfə deyil və vəziyyət Rusiya üçün hər keçən gün daha da ağırlaşır. Bütün bu baş verənlər isə Kreml üçün çox ağır vəziyyət yaradır. Faktiki olaraq Krımda ciddi panika hökm sürür. Marketlərdən kütləvi məhsullar alınır və insanlar ordan çıxmaq üçün yollar axtarır”.
Primeinfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Mənim şübhəm yoxdur ki, Ukrayna Krımı azad edəcək”, – deyə o əlavə edib.
Davamı “Qırmızı masa”da: