
DÇ-2026-da A qrupunun III tur oyunları keçirilib.
Primeinfo.az Apasport-a istinadən xəbər verir ki, turun hər iki görüşü eyni saatda – Bakı vaxtilə 05:00-da başlayıb.
Meksika Çexiya üzərində inamlı qələbə qazanıb: 3:0. Ev sahibləri maksimum nəticə göstərib və 9 xalla qrupu lider olaraq bitirib.
Cənubi Afrika isə Cənubi Koreya ilə qarşılaşıb. Afrikalılar minimal hesablı qələbəyə seviniblər: 1:0.
Bu qələbənin ardınca xallarının sayını 4-ə yüksəldən CAR qrupu 2-ci pillədə başa vurub. Asiya təmsilçisi isə 3 xalla 3-cü olub və pley-offa qalmaq üçün ən yaxşı 3-cülər arasına girməyi gözləyəcək.
DÇ-2026
A qrupu, III tur
25 iyun
05:00. Çexiya – Meksika 0:3
Qol: Ç. Qarsiya, 55, Kuinones, 61, Fidalqo, 90+4
05:00. CAR – Cənubi Koreya 1:0
Qol: Maseko, 63