Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan HDQ komandanı Pakistan nümayəndə heyəti ilə görüşüb - FOTO

24.06.2026 20:28

Azərbaycan HDQ komandanı Pakistan nümayəndə heyəti ilə görüşüb - FOTO

Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti və “Milli Təhlükəsizlik və Müharibə kursu-26″nın dinləyici və professor-müəllim heyətinin ölkəmizə səfəri davam edir.

Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.

Burada nümayəndə heyəti ilə Azərbaycan HDQ komandanı kontr-admiral Şahin Məmmədov görüşüb.

Görüş zamanı qonaqlara qüvvələrin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Plana uyğun olaraq, HDQ-nin Dəniz Hərəkat Mərkəzində olan nümayəndə heyəti dənizdə baş verən fəaliyyətlərin monitorinqi, təhlükəsizlik tədbirləri, koordinasiyası və idarə olunması ilə tanış olublar.

Paylaş: