Xəbər axtarın

Son axtarış nəticələri:

Müsavat Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət etdi – FOTO

24.06.2026 15:56

Müsavat Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət etdi – FOTO

Bu gün Müsavat Partiyasının rəhbərliyi və bir qrup üzvü Milli Azadlıq Hərəkatının lideri, keçmiş prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib.

Primeinfo.az xəbər verir ki, bununla bağlı Müsavat Partiyasının başqanı İsa Qəmbər sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün liderimiz Əbülfəz Elçibəyin dünyaya gəlişinin 88-ci ildönümündə bəyin müqəddəs məzarını ziyarət etdik, sözümüzü dedik. Sözümüz sözdür: Müsavatçılıq yoluna, Rəsulzadə-Elçibəy yoluna davam!”, – deyə İsa Qəmbər bildirib.

Qeyd edək ki, Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub.

Paylaş: